Almaniyada kimya zavodunda dəhşətli partlayış (VİDEO)

Almaniyada kimya zavodunda dəhşətli partlayış (VİDEO)

Çərşənbə axşamı Almaniyanın Leverkuzen şəhərində yerləşən Bayer kimya zavodunda dəhşətli partlayış baş verib. 

Qaynarinfo xəbər verir ki, partlayış şəhərin hər yerində eşidilib. Yerli sakinlərdən pəncərələri və qapıları möhkəm bağlanaraq evdə qalmaları istənilib. Küçədə olanlara hər hansı binaya girmələri tövsiyə olunur.

Vətəndaşlar sosial şəbəkələrdə hadisənin foto və videolarını fəal şəkildə yerləşdirirlər. Kadrlarda fabrik binasının üstündə nəhəng tüstü var.

Partlayışın yerli vaxtla təxminən 9:30-da (Bakı vaxtı ilə 11:30) baş verdiyi bildirilir. Məhz nəyin partladığı hələ müəyyən edilməyib.

Polis zavodun ətrafını mühasirəyə alıb. Bir neçə yerli yol bağlanıb. Yanğınsöndürənlər zavodda işləyirlər.

Həlak olanlar barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq başladıb.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X