Dünya 15:34 11.01.2019

Almaniyanın 3 məhkəməsində bomba həyəcanı

Almaniyanın Kiel, Erfurt və Maqdeburq şəhərlərindəki 3 məhkəmədə bomba olduğu ilə bağlı polisə məlumat daxil olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Maqdeburq və Erfurt məhkəmələri elektron poçtla göndərilən bomba xəbərdarlıqları səbəbilə təxliyə edilib.

Məlumata görə oxşar xəbərdarlıqlar alan Kiel məhkəməsi isə polis tərəfindən itlərlə yoxlanılıb.