Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid xəncərin Türkiyədə satışa çıxarıldığı deyilir.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında satışa çıxarılan xəncərdən xəbərsiz olduğunu deyib:
"Biz Amaliya xanımla uzun illər bir yerdə işləmişik. Onun həyatı, yaxud da hansısa ölkəyə səfərə gedəndə kimə nə hədiyyə etməsi ilə bağlı məlumatlı deyiləm. Heç bir vaxt eşitməmişəm ki, Amaliya xanım kiməsə xəncər, yaxud da nəsə hədiyyə edib".
Mərahim Fərzəlibəyov bildirib ki, Amaliya Pənahova kiməsə bağışladığı hədiyyə haqqında kiməsə məlumat verməzdi:
"Onu yalnız hədiyyə etdiyi şəxslə Amaliya xanım bilərdi. Amaliya xanımın gözəl xüsusiyyətlərindən biri də bu idi".
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Xalq artisti, mərhum sənətkar Amaliya Pənahovanın 1993-cü ildə Türkiyədə tədbirlərin birində hədiyyə etdiyi xəncər auksiona çıxarılıb. Xəncərin üzərində yazılıb: "Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993".
Bahar Rüstəmli
Şərhlər