ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib.
APA-nın məlumatına görə, oktyabrın 20-də Bakıya səfər edən həmsədr qısamüddətli səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.
Qeyd edək ki, noyabrın əvvəllərində isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərinin davamı, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məqsədilə bölgəyə səfər etməyi planlaşdırırlar.
Qaynar.info
Şərhlər