Amfibiya təyyarəmiz yanğın ocaqlarını belə məhv edir (VİDEO)

Amfibiya təyyarəmiz yanğın ocaqlarını belə məhv edir (VİDEO)

Manevr qabiliyyəti yüksək olan amfibiya yanğınların söndürülməsi üçün ideal vasitələrdən biri hesab edilir.

 REAL TV Azərbaycanın Türkiyəyə göndərdiyi amfibiya təyyarənin iş prosesi ilə bağlı reportaj hazırlayıb.

Bildirilib ki, dörd nəfərlik komandanın idarə etdiyi hava gəmisi alov nöqtələrinə çox yaxın məsafədən uçaraq suyu alovun üzərinə boşaldır.

Təyyarənin içində bu anı yaşamaq isə başqa bir həyəcandır. Bütün uçuşlar Türkiyə tərəfindən nümayəndələrin iştirakı ilə baş tutur.

Türkiyədə meşə yanğınları ilə mübarizə hələ də davam edir. Azərbaycan Prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvəsi, bir helikopter və bir amfibiyası yanğınlarla mübarizədə iştirak edir.

XƏBƏRLƏR
BLOGLAR
X