Analar uşaqlarını atıb evdən gedir: bir həftədə 4 qadın – Xoşagəlməz yazışmalar...

Analar uşaqlarını atıb evdən gedir: bir həftədə 4 qadın – Xoşagəlməz yazışmalar...

"Son bir həftə ərzində 4 qadın uşaqlarını ataraq evdən gedib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, həmin qadınların həyat yoldaşları uşaqlara baxa bilmədiklərini və sığınacağa qəbul edilmələrini xahiş edib:

"Qadınların evdən getmə səbəbləri fərqlidir. Qarşı tərəflərdən bizə müraciət edilib ki, ana uşağını qoyub gedib. Onlar bildirib ki, analar evdən gedəndən sonra axtarışa verilib. Araşdırma zamanı məlum olub ki, qadının telefonundan müxtəlif yazışmalar çıxıb, xoşagəlməz məsələlərdir. Digər qadın isə yazıb ki, uşaqlarımın arxasınca gələcəyəm. İndi uşaqlara ataları baxır”.


Kəmalə Ağazadə bildirib ki, bu məsələdə diqqət çəkən bir məqam var:

"Əvvəllər analar uşaqlarını atmazdılar. Artıq ana da uşağını atıb gedirsə, deməli, problem ciddidir və bununla bağlı iş aparılmalıdır. Hər kiçik məsələyə görə evdən getməkdən deyil, ailələr arasında münasibətlərin pozulmasından söhbət gedir. Bu ailələrin vəziyyətləri, səbəblər araşdırılmalıdır. Həssas ailələr nəzərə alınmalı və onlarla iş aparılmalıdır. Bu, xoşagəlməyən mənzərədən xəbər verir. Sosial şəbəkələrin də qadınlara çox təsiri var və bu istiqamətdə iş aparılmalıdır. Sevmədiyi adama ərə gedən qadın "Tik-kok”dakı gözəl kişini görən kimi elə biləcək onun şahzadəsi budur. Ailələr dağılır”.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X