ANİB yaradıldı, “Qanun” kənarda qaldı

ANİB yaradıldı, “Qanun” kənarda qaldı

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi birləşərək Azərbaycan Nəşriyyatları İctimai Birliyinin (ANİB) yaradılması ilə bağlı təsis toplantısını keçirib. Tolantıda Təhsil, Altun, Hədəf, Parlaq İmzalar, Alatoran, Qələm, Qədim Qala, Ağıllı bala, Çapar, XAN, Çinar, BookZone nəşriyyatlarlarının rəhbərləri iştirak ediblər. Diqqətçəkən məqam ondan ibarətdir ki, ölkənin məşhur və ən çox kitabları satılan "Qanun” nəşriyyatı bu siyahıda yoxdur.

Qaynarinfo xəbər verir ki, bu haqda "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Regionnews-a danışarkən bildirib. Naşir birliyin yaradılması haqqında ona da xəbər olunduğunu deyib:

"Mənə deyilməzdən öncə də toplantı olub, sonra da toplantı keçiriblər. Mən birlikləri dəstəkləyirəm. Amma hələ ki, öz işlərimiz çox olduğu üçün, düşündüm ki, kənardan hələ müşahidə edək. Görək ki, birliklər işi necə quracaq. Mən olmasam da, belə birliklərin olmasına sevinirəm. Çünki ümumi işin xeyrinədir”.

Ş. Xudoğlu əlavə olaraq bildirib ki, xaricdə də bu praktika var, amma orada da kənarda dayanan nəşriyyatlar var:

"Birliklərlə təmsil olunmurlar. Birliklərə qoşulan da, qoşulmayan da var. Baxır fəaliyyətə ki, birlik nəşriyyatın həyatında nə dərəcə rol oynayır. İndi bu onun təşkilatı formasından və təşkilatın özündən asılıdır. Məsələn Mətbuat Şurası var, o medianın inkişafı üçün hansı rolu oynaya bilib ki? Bunu müqayisə üçün deyirəm. Mən inanmıram medianın inkişafında rol oynamış olsun”.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR