Ölkə 21:51 25.01.2021

Antikorrupsiya tədbirləri bütün qurumları əhatə edəcək

Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir.

Qaynarinfo xəbər verir ki, bunu Baş nazir Əli Əsədov növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Baş nazir qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməlidir.