Bakıda aparıcı Xose Bernardonu bıçaqlayan şəxs tutuldu

Bakıda aparıcı Xose Bernardonu bıçaqlayan şəxs tutuldu

Teleaparıcı Xose Bernando və qardaşını bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonu, Əzizbəyov küçəsində 1982-ci il R.Hüseynova döş qəfəsindən, qardaşı Xose Bernandoya qolundan bıçaq xəsarəti yetirən şəxsin 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov olması müəyyən edilib.

Pirallahi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.
XƏBƏRLƏR
BLOGLAR