Texnologiya 20:54 29.10.2017

Apple bu modellərin istehsalını dayandırdı

Apple 12 sentyabrda iPhone 8, iPhone 8 Plus və iPhone X-i tanıtdığı gün iPhone 7 və iPhone 7 Plus məhsullarının 256 GB yaddaş tutumunun istehsalını dayandırıb.
 
"Qaynarinfo” xarici mətbuata istinadən xəbər verir ki, Apple şirkətinin rəsmi mağazalarından birində aparılan müşahidədən sonra müəyyən olunub ki, şirkət iPhone 7 və 7 Plus modellərinin ancaq 32 GB və 128 GB modellərini istehsal edir.
 
Yəni, artıq iPhone 7 və 7 Plus modelinin 256 GB yaddaş tutumunu tapmaq mümkünsüz olacaq. Apple şirkəti özü də rəsmi şəkildə xəbəri təsdiq edib. Deyilənə görə, Apple bunu iPhone 8-in daha çox satılması üçün edib.
 
 
 
 
 
Nərmin Həsənli
Qaynarinfo.Az