Texnologiya 14:36 09.02.2020

Apple istehsalçısı maska işinə girdi: hədəf gündə 2 milyon

"Apple"ın da istehsalçısı olan Foxconn şirkəti koronavirusa qarşı maska istehsalı ilə məşğul olacaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, epidemiya səbəbindən elektron məhsullar istehsalını dayandıran firma ayın sonuna qədər gündə 2 milyon ədəd maska hazırlamağı hədəfləyir.

Maskalar ilk növbədə şirkətin öz işçilərinin qorunmasında istifadə ediləcək. Səlahiyyətlilər həmçinin virusu müəyyənləşdirmək üçün yeni nəsil termometrlərin də istehsalına başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Foxconn iPhone, iPad, Amazon, Kindle, Playstation kimi məhsulların istehsalı ilə məşğul olurdu.

Camal