Apple şirkəti həftədə 1 milyon maska istehsal edəcək

Apple şirkəti həftədə 1 milyon maska istehsal edəcək

Texnologiya nəhəngi Apple səhiyyə işçilərinin üzünü tamamilə örtəcək cərrahiyə maskaları hazırlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu maskalarda həftədə 1 milyon ədəd istehsal edəcək. Bu vaxta qədər 20 milyon ədəd sifariş alan Apple ilkin mərhələdə maskaları ABŞ üçün istehsal edəcək.

Qeyd edək ki, Prada və Lamborghini kimi lüks markalar da maska istehsalına başlayıb. ABŞ prezidenti Donald Tramp isə General Motors şirkətindən süni tənəffüs aparatları hazırlamağı tələb edib.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR