Dünya 15:35 21.01.2021

Çar II Nikolayın varisi italyan qızla evlənir

Romanovlar ocağının varisi Çareviç Georgi Mixayloviç uğrunda pravoslavlığı qəbul etmiş xanımla evlənəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İmperator Ocağının rəhbəri Maria Romanovanın ofisinin məlumatında deyilir.

"Böyük knyaginya Maria Vladimirovna oğlu və varisi İmperator Əlahəzrətlərinin Viktoria Romanovna Bettarini ilə toyunu elan etməkdən məmnunluq duyur".

Keçən ilin iyul ayında böyük knyazın gəlini Sankt-Peterburqdakı Petropavlovsk Katedralında pravoslav inancına vəftiz olunub. Beləliklə, Rebekka Bettarini rus adı və soyadının daşıyıcısı olub, - mesajda deyilir.

Toyun bu payızda olacağı deyilsə də, harada - Rusiya və ya xaricdə keçiriləcəyi haqda məlumat verilmir.
 
Alpər