Foto 11:35 15.08.2019

ARB-nin əməkdaşı iki övladını itirdi (FOTO)

ARB-nin "Show News" proqramının müxbiri Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.

Qaynarinfo xəbər verir ki, telejurnalist bu barədə sosial media hesabında yazıb. 

Elyar Sadıqov bildirib ki, avqustun 12-dən 13-nə keçən keçən gecə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.

"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!" deyə jurnalist qeyd edib.

Qeyd edək ki, Elyar Sadıqov əvvəllər ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışıb.