Video 15:10 03.05.2021

Arif Quliyevin bu şəklinə görə həkim cəzalandı, qızı isə... (VİDEO)

Xalq artisti Arif Quliyevin qızı Günel atasının xəstə yatağında yayılan görüntüləri barədə danışıb.

Qaynarinfo xəbər verir ki, ATV kanalında yayımlanan "Bizimləsən” verilişinə canlı bağlantı ilə qoşulan Günel xanım yayılan videonun ailəyə pis təsir etdiyini bildirib:

"Bədən artıq tab gətirmədiyinə görə süni aparta qoşublar. Atam çox qorxurdu, həkimə getmək istəmirdi. Vəziyyəti çox pisləşdiyinə görə artıq məcbur xəstəxanaya aparmalı olduq. Ağ ciyərləri 95 faiz tutulub.

Atamın həmin şəklini kimin yaydığını bilmirik, bizim xəbərimiz yoxdur kim yayıb. Həmin şəkilin yayıldığını görəndə çox pis hallara düşdük. Çox pis təsir etdi bizə.”

Xatırladaq ki, bir müddət əvvəl "Yeni klinika”da koronavirus xəstəliyindən müalicə alan Arif Quliyevin xəstəxanadan görüntülərini sosial şəbəkələrdə və KİV-lərdə yayan həkim cəzalandırılıb.

Həmin görüntüləri təqdim edirik: