Xəbər lenti

Asim Mollazadə TDT-nin Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşdü
Siyasət 14:37 29.08.2024

Asim Mollazadə TDT-nin Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşdü

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Müşahidəçilər Missiyasının nümayəndə heyəti Demokratik İslahatlar Partiyasının qonağı olub. Onlar partiya sədri, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Asim Mollazadə ilə görüşüblər. 

Görüşdə TDT baş katibinin müavini Ömər Qocaman, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, TDT Katibliyinin layihə direktorları Murodjon Mustofayev, Yerzhan Mustafin və Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Altınbek Kubatbekov iştirak edib.  

Görüşdə sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər müzakirə edilib. Asim Mollazadə partiyanın seçkilərə hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->