Dünya 13:32 13.05.2019

Assanca qarşı zorlama ittihamı yenidən məhkəmədə

İsveçdə "Wikileaks" qurucusu Culian Assanca qarşı məhkəmə işi yenidən açılacaq.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Assanc 2012-ci ildə İsveçdə zorlamada ittiham edilmiş, lakin ekstradisiya təhlükəsinə görə Londonda yerləşən Ekvador səfirliyinə sığınmış, daha sonra məhkəmə işinə xitam verilmişdi.

Qeyd edək ki, Culian Assanc ötən ay Ekvador səfirliyindən çıxarılıb və zaminlik qaydalarını pozduğu üçün 50 həftə həbs cəzasına məhkum edilib. Hazırda Assancın hansı ölkəyə təhvil verilməsi gündəmdədir.

Gülşən