Ölkə 16:35 10.05.2021

Ağstafada Ümummilli Liderin xatirəsinə həsr olunmuş yarışlarının qalibləri mükafatlandırıldı

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Ağstafa Rayon İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonda yeniyetmə və gənclər arasında "İfaçılıq”, uşaq və yeniyetmələr arasında "Elmi-texniki yaradıcılıq” müsabiqələrinə, eləcə də "Nə? Harada? Nə zaman?” milli intellektual oyununa və məktəblilər arasında futzal üzrə rayon birinciliklərinə yekun vurulub. 

Bu münasibətlə qeyd olunan tədbirlərdə yüksək yerləri tutan iştirakçılar müvafiq diplom və hədiyyələrlə təltif olunublar. 

Mükafatlandırma mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştiak ediblər.