Astronomlardan SOS: 2029-cu ildə Apofis asteroidi Yeri məhv edə bilər

Astronomlardan SOS: 2029-cu ildə Apofis asteroidi Yeri məhv edə bilər

"Yer planeti 2029 və ya 2036-cı illərdə Apofis asteroidi ilə toqquşmadan sonra məhv ola bilər.
 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Cursorinfo” portalı astrofiziklərin proqnozlarına istinadən yayıb.

Alimlərin hesablamalarına görə, 2029-cu ildə asteroid Yerə 40 min km məsafədə yaxınlaşacaq və cazibə qüvvəsinin təsiri ilə planetə daha da yaxınlaşa bilər. Eyni zamanda, astronomlar bu dəfə toqquşmanın böyük ehtimalla baş verməyəcəyinə inanırlar. Bununla belə, 2036-cı ildə asteroid birbaşa Yerə doğru istiqamət götürəcək.

Astronomların fikrincə, ABŞ, Rusiya, Çin, Yaponiya və Kanada səma cisminin zərbəsi altına düşə bilər. Toqquşma baş verərsə, təsir gücü TNT ekvivalentində 800 meqaton olacaq. Bu, 1945-ci ildə Xirosimaya atılan 44 atom bombası ilə müqayisə edilir. Asteroidin toqquşması bütün həyatı Yer üzündən silə biləcək bir sıra dəhşətli fəlakətlərin "zəncirvari reaksiyasına” səbəb ola bilər.

Eyni zamanda, rus alimləri hesab edirlər ki, günəş işığının fırlanan asteroidin səthinə qaçılmaz təsiri ilə Yerə yaxınlaşdıqda kiçik reaktiv qüvvə yaranacaq ki, bu da asteroidin trayektoriyasına təsir edərək onu yoldan çıxaracaq. 
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X