Xəbər lenti

Ata və oğul bıçaqlandı
Ölkə 13:27 11.09.2013

Ata və oğul bıçaqlandı

Azərbaycanda ata və oğulu bıçaqlayan şəxs tutulub.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Lənkəran rayonu Vilvan kəndinin ərazisində kənd sakini Mahir Məmmədov münaqişə zəminində bıçaqla həmkəndliləri Şəmsəddin Bayramova və onun oğlu Nurəliyə xəsarət yetirib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məmmədov tutulub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->