Xəbər lenti

Sənət 10:23 24.11.2020

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

"Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq  Hüseynov (Rəmiş) ATV telekanalında yayımlanan "7 Canlı” verilişində qonaq olarkən söyləyib.

Ata yurdu Ağdamdan danışan Rəmiş oranın işğaldan azad olunduğu gün ağladığını bildirib:

"Dəcəl uşaq idim. Atam kolxoz sədri olub. Ona görə də bizim yaylağımız Abdal Gülablı, qışlağımız Ağdam idi. Sonra Bakıya gəldim, musiqi məktəbində oxudum. Qarabağın suyu, otu, daşı-divarı muğam idi. Hər bir qarabağlının evində musiqi aləti var idi. Torpaqlarımızın azad olunmağını eşidəndə özümü saxlamaq istədim, amma olmadı. Gözümün yaşı axırdı. Bu hissləri demək mümkün deyil”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->