Atambayevin məhkəmə prosesi təxirə salındı

Atambayevin məhkəmə prosesi təxirə salındı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin məhkəmə prosesi təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu gün baş tutması gözlənilən proses 29 noyabra təyin edilib. Sabiq ölkə rəhbəri və digər 15 nəfər kriminal şəxs Əziz Batukayevi 6 il əvvəl qanunsuz şəkildə azad etməkdə ittiham edilir. Həmin dövrdə Ə.Batukayev sağlamlıq səbəbləri ilə əlaqadar həbsdən buraxılmış, daha sonra isə onun tibbi məlumatlarının yanlış olduğu, diaqnozunun saxtalaşdırıldığı müəyyənləşmişdi.

Qeyd edək ki, avqust ayında saxlanılan Almazbek Atambayevə qarşı onlarla cinayət ittiham irəli sürülüb.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR