Foto 13:12 10.11.2017

Türkiyə Atatürk üçün ağlayır (FOTOLAR)

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkün vəfatından 79 il ötür. Bu münasibətlə Atatürkün kütləvi anım mərasimi keçirilib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "Tosya Qız Anadolu İmam Hatip" litseyinin 185 şagirdi məktəbin həyətində xareoqrafiya hazırlayaraq Atatürkün imzasını yaradıblar. 
 


 

Səhər saatlarında, saat 09.05-də keçirilən anma mərasimi zamanı metrlərlə yuxarıda çalışan inşaat işçiləri işlərini yarımçıq qoyaraq 1 dəqiqəlik sükutla "Ata"ya sevgi və hörmət nümayiş etdiriblər. 
 

 

Nəqliyyatda olan şəxslər maşınlarını tərk edərək, bələdiyyə işçiləri işlərini yarım qoyaraq anma mərasiminə qoşulublar.

İstanbulun Beşiktaş bölgəsində 94 metrlik Türkiyə bayrağı açılıb və cümhuriyyətin qurucusu təşkil edilən yürüşlə yad edilib. Barbaros bulvarında saat 08.00-da toplaşan insanlar bələdiyyə sədri Murad Xəzinədarın rəhbərliyi ilə Dolmabaxça sarayına doğru yürüş ediblər.

Minlərlə vətəndaş isə Atatürkün məqbərisə olan "Anıtkabir"i ziyarət edib. 

İzmir şəhərində təşkil edilmiş anım mərasiminə isə şəhər valisi Erol Ayyıldız, bələdiyyə sədri Əziz Qocaoğlu, Ege Ordusu generalı Abdulla Rəcəb, millətvəkilləri, siyasi partiya nümayəndələri və vətəndaşlar qatılıb.

Gülşən
Qaynarinfo.Az