"Atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var".
Qaynarinfo xəbər verir ki, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib: "Həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir”.
"Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb" deyə Hərbi Prokurorluğun rəsmisi bildirib.
Emil Tağıyev həmçinin qeyd edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirilir.
Şərhlər