Xəbər lenti

ATƏT-in Bakıdakı ofisi bağlandı
Ölkə 22:04 04.07.2015

ATƏT-in Bakıdakı ofisi bağlandı

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb. Bu barədə “Report”a ATƏT-in mətbuat xidmətindən məlumat verilib. 

"ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır", - deyə mətbuat xidmətindən bildirilib.

Məlumatda vurğulanıb ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nun ötən həftə Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədar öz fəaliyyətini dayandırır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->