ATƏT PA-nın illik sessiyasının vaxtı və yeri məlum olub

ATƏT PA-nın illik sessiyasının vaxtı və yeri məlum olub

ATƏT Parlament Assambleyasının növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub.

Qaynarinfo xəbər verir ki, ATƏT PA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qurumun 29-cu illik sessiyası Kanadanın Vankuver şəhərində keçiriləcək. Növbəti il keçiriləcək illik sessiya iyulun 3-dən 7-dək davam edəcək.

Qeyd edək ki, Kanada ikinci dəfə ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Belə ki, 1995-ci ildə təşkilatın 4-cü illik sessiyası Ottava şəhərində keçirilib. Həmçinin 2008-ci ilin sentyabr ayında qurumun payız iclası Kanadanın Toronto şəhərində baş tutub.
XƏBƏRLƏR
BLOGLAR