Video 10:00 29.11.2018

ATV-də xanım iştirakçı huşunu itirdi (VİDEO)

ATV kanalında yayımlanan "Dəb mənəm” proqramında  müzakirələrə səbəb olan hadisə baş verib.
 
Qaynarinfo xəbər verir ki, moda müsabiqəsinin son buraxılışında iştirakçı Könül Ələkbərova huşunu itirib.   

O, digər iştirakçı Fatma Yusubova ilə sona qalıb. Səsvermə nəticələrinə görə, Fatma yarışmadan getsə də, özündən gedən Könül olub. Ona "Dəb mənəm”in komanda heyəti köməklik göstərərək kulisə aparıb. 

Sosial şəbəkələrdə də həmin görüntülər paylaşılıb. İnstaqram istifadəçiləri hər şeyin şoudan ibarət olduğunu, iştirakçının ssenariyə uyğun olaraq belə addım atdığını bildiriblər.
 
 

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!