Texnologiya 11:13 07.02.2020

"Audi" 107 min avtomobilini geri çağırır

Almaniyanın nəhəng avtomobil istehsalçısı olan "Volkswagen" təhlükəsizlik yasdıqlarında istehsal səhvi olması səbəbindən 107 min "Audi" markalı avtomobilin geri çağırılması barədə qərar qəbul edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, geri çağırılma "Audi"nin 2000-2001 model TT Roadster, 2000 model TT Coupe, 1998 model A8 və 1998-2000-ci illərdə istehsal olunan A6 və A8 model avtomobillərə şamil edilir.

Şirkətin bu barədə avtomobil sahiblərinə bildiriş göndərildiyi də qeyd edilib.

Qeyd edək ki, sözügedən hava yasdıqları Yaponiyanın Takata şirkəti tərəfindən hazırlanıb. Şirkətdən 9 yanvarda yayımlanan açıqlamada belə bir problem olduğunu qeyd edilərək, 10 milyon hava yasdığının geri çağırılması barədə qərar qəbul edildiyi açıqlanmışdı. Məlumatda xətanın Audi, BMW, Honda, Daimler Vans, Fiat Chrysler, Ferrari, Ford, General Motors, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota və Volkswagen markalarında olduğu da bildirilmişdi.
 
Camal