Xəbər lenti

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?
Siyasət 12:53 24.12.2025

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Qurultay qalmaqalı ilə gündəmə gələn Ana Vətən Partiyasından xəbər var. 

Qaynarinfo-ya daxil olan məlumata görə, partiya yenidən qurultaya hazırlaşır. Bununla bağlı qurum üzvlərinə məlumat verilib. Bu həftə keçirilməsi nəzərdə tutulan qurultaya hazırlıq işləri gedir.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxladıq. Sədr hazırda konfransların keçirildiyini bildirib:

"Qurultay keçiriləndə hər kəs biləcək. Hələ konfranslar keçirilir, iclaslarımız davam edir. Başqa suallara cavab vermək istəmirəm”.

Fəzail Ağamalı səhhətinin də qaydasında olduğunu vurğulayıb. 

Qeyd edək ki, Ana Vətən Partiyası 2025-ci ilin oktyabr ayında qurultay çağırıb. Qurultayda partiya sədri kreslosu uğrundan gərgin anlar yaşanıb. Hazırkı sədr Fəzail Ağamalı partiyanı deputat qızı Günay Ağamalıya həvalə etmək istəsə də, partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Bu səbəbdən ata ilə bala arasında gərginlik yaşanıb. 

Bundan sonra Fəzail Ağamalı qurultyada istefa verməyəcəyini və sədr qalacağını açıqlayıb.

Sədr seçildiyini iddia edən Elçin Ağamalı isə qurultayda yaşananlarla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.  

Xatırladaq ki, Ana Vətən Partiyasının VIII Qurultayı 23 dekabr 2023-cü ildə keçirilib. Həmçinin Qurultayda "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən yenilənmiş Nizamnamə qəbul olunub.

Bahar Rüstəmli
--> -->