Bu il Yaponiyada son 127 ilin ən aşağı doğum səviyyəsinin qeydə alınacağı gözlənilir.
Qaynarinfo xəbər v erir ki, bu barədə "Asahi" qəzeti məlumat yayıb.
Nəşrin hesablamalarına görə, 2025-ci ildə ölkədə 667,5 min uşaq doğulacaq. Ötən il Yaponiyada doğum sayı ilk dəfə 700 min göstəricisindən aşağı düşüb. Bu, statistik uçotun aparılmağa başlandığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.
Yeni qiymətləndirmə Əhali və Sosial Təminat üzrə Milli Tədqiqatlar İnstitutunun proqnozundan xeyli aşağıdır. İnstitut 2025-ci ildə Yaponiyada 749 min uşağın doğulacağını ehtimal edirdi.
Materialda vurğulanır ki, Yaponiyada doğum səviyyəsinin azalması davam edərsə, bu, əmək qabiliyyətli əhalinin sayının azalmasına və iqtisadiyyatın bir çox sahələrində işçi qüvvəsi çatışmazlığının daha da sürətlənməsinə gətirib çıxaracaq.
Aydın
Şərhlər