Xəbər lenti

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzatdı
Dünya 15:37 12.04.2018

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı İrana qarşı tətbiq olunan sanksiyaların müddətini uzadıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasından verilən açıqlamaya görə, İran vətəndaşı olan 82 nəfərin aktivlərinin dondurulması və viza qadağalarını da əhatə edən sanksiyalar 13 aprel 2019-cu il tarixinə qədər uzadılıb.

Sanksiyaların müddətinin uzadılmasına səbəb kimi insan hüquqlarının ciddi şəkildə pozulması göstərilib.

Aİ həmçinin İran rəsmilərinin dinləmə və ya daxili təzyiqləri artırmaqda istifadə edə biləcəkləri avadanlıqların da ixracına qadağa qoyub.

Qeyd edək ki, Avropa İttifaqı İrana qarşı sanksiyaların tətbiqinə 2011-ci ildən başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->