Texnologiya 18:20 26.04.2018

Avropa İttifaqından nəhəng süni intellekt layihəsi

Avropa İttifaqı "Ar-Ge" süni intellekt proqramlarına 1,5 milyard dollar yatıracağını açıqlayıb. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məbləğ 2020-ci ilə qədər ayrılacaq və səhiyyə, nəqliyyat kimi vacib sahələrdəki süni intellektin inkişafı üçün xərclənəcək. Layihə "Horizon 2020" adını alıb.

Avropa İttifaqına daxil olan ölkələrdə süni intellektin inkişafına ildə 4 milyard dollar pul ayrılır. ABŞ-da bu məbləğ 20 milyard dollardır.

Gülşən