Xəbər lenti

Avropa qorxu içində: Rusiya 100 minlik ordu ilə hücuma hazırlaşır
Dünya 11:13 21.12.2017

Avropa qorxu içində: Rusiya 100 minlik ordu ilə hücuma hazırlaşır

Rusiyanın sentyabr ayında gerçəkləşdirdiyi 100 min əsgərlik hərbi təlimdə NATO və Avropa ölkələrinə hücum planını həyata keçirdiyi iddia edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Məqalədə qeyd olunub ki, Rusiyanın gerçəkləşdirdiyi "Sapad 2017" hərbi təlimində ordu birləşmələri terrorla mübarizədən daha çox NATO və Avropa ölkələrinə hücum planını icra ediblər.

Ssenariyə görə, rus ordusu bir neçə gün müddətində Baltikyanı ölkələri ələ keçirir, ardınca isə Qərbi Avropa ölkələrinə, o cümlədən Almaniya, Hollandiya, Polşa, Norveç, Finlandiya və İsveçə ildırımsürətli hücum təşkil edir.

Qəzet həmçinin yazır ki, təlimdə rus ordusu NATO-nun bu hücuma hansı şəkildə qarşılıq verməsini də hesablayıb. Belə ki, NATO qüvvələrinin müdafiəsini yarmaq və əks-hücumun qarşısını almaq məqsədilə alman və holland donanmalarına aid bazaların şimaldan təşkil ediləcək hücumla məhv edilməsi də ssenaridə öz əksinin tapıb.

Kəşfiyyat xidməti rəsmiləri iddialarla bağlı qəzetə açıqlama veriblər. Onlar vurğulayblar ki, belə bir müharibə baş verərsə, İsveç və Finlandiya da oyunda olacaq və Rusiya da bunu bildiyindən həmin ölkələri İsgəndər raketləri ilə zərərsizləşdirməyə çalışacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->