Avropanın ən böyük 2-ci əyləncə mərkəzində yanğın (FOTOLAR)

Avropanın ən böyük 2-ci əyləncə mərkəzində yanğın (FOTOLAR)

Almaniyanın Rust ərazisində yerləşən Avropa parkında güclü yanğın baş verib.

Qaynarinfo "Daily Star"a istinadən xəbər verir ki, "Disneylan Paris"dən sonra Avropanın ən böyük əyləncə mərkəzi olan yerdəki yanğın "Bataviya quldurları" atraksiyonunda başlayıb.
 
Bir neçə atraksiyon və anbara da zərər dəyib. Ərazidəki insanlar evakuasiya edilib. Yanğın nəticəsində yaranan qara dumanı uzaq məsafədən də müşahidə etmək mümkün olub. 

Xəsarət alanların olmadığı bildirilir. 

Gülşən
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR