Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Avropanın enerji komissarı Kadri Simson Fransada qitə ölkələrinin enerji nazirləri ilə görüşdən sonra bildirib.
Tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayan Simson fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə və fevralın 7-də Aİ-ABŞ Enerji Şurasında bu danışıqları davam etdirəcəklərini vurğulayıb. Simson üzv ölkələr arasında həmrəyliyin olması və gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
"Aİ-də qaz anbarlarının səviyyəsi həmişəki həcmdən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.
Qeyd edilir ki, Avropa İttifaqı tərəfdaşları ilə qaz tədarükünün artırılması potensialı barədə danışıqlar aparır. Rusiyadan nəql edilən qazın qıtlığı ilə bağlı Avropada qaz təchizatı böhranı enerji qiymətlərinin artmasına səbəb olub.
Şərhlər