Avstraliyalı ulduz karyerasını bitirdi

Avstraliyalı ulduz karyerasını bitirdi

Avstraliya tarixinin ən yaxşı basketbolçularından sayılan David Andersen karyerasını bitirib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Avstraliya Basketbol Federasiyası məlumat yayıb. Federasiya NBA-da çıxış edən 41 yaşlı basketbolçunun təqaüdə ayrıldığını bildirib. 
 
"Turkish Airlines EuroLeague"də də çıxış etmiş Andersen 2001-ci ildə Moskva ÇSKA-sı ilə çempionluq yaşayıb.
  
NBA karyerası ərzində sabiq basketbolçu "Atlanta Havks", "Hyuston Rokets", "Toronto Reptors" və "Nyu Orleans Hornets"də forma geyinib. O, 2012-2013 mövsümündə "Fənərbağça"da da çıxış edib.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X