Video 16:42 25.11.2020

Avstraliyanın hərb tarixində şok: müsəlman qatili olan 9 əsgər intihar etdi (VİDEO)

Avstraliyada bir qadın da daxil olmaqla doqquz əsgər avstraliyalıların Əfqanıstanda törətdikləri hərbi cinayətlərinə dair məlumatların mətbuatda yayımlanması fonunda intihar edib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Daily Mail məlumat verib. Qəzet qısa müddətdə intihar edən bu qədər əsgərin Avstraliyanın müasir hərbi tarixində görünməmiş olduğunu vurğulayır.

Ehtimal olunur ki, bu intiharların bəzilərində stres rol oynayıb. 400-dən çox şahidin ifadəsinə və on minlərlə sənədin analizinə əsaslanan hesabatda 39 qətl və iki əsassız pis rəftar hadisəsi göstərilir. Səhv davranışların çoxu 2009-2013-cü illər arasında baş verib. Öldürülən əfqanların əksəriyyəti hərbi əsir olub. Cinayətlərdə şübhəli bilinən 25 Avstraliya əsgərindən bəziləri hələ də Silahlı Qüvvələrdə xidmət edir.

Xüsusi təyinatlı qüvvələr kimi fəaliyyətə başlayanda onlar "qanla vəftiz" təcrübəsi keçiblər - silahsız insanların vəhşicəsinə öldürülməsi. Eyni zamanda, vəfat etmiş 9 hərbçinin hesabatda göstərilən işlərlə əlaqəliliyinə dair heç bir dəlil olmadığı vurğulanır. 

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Avstraliya Silahlı Qüvvələrinin komandiri Anqus Kempbell Avstraliya hərbçiləri tərəfindən 2005-2016-cı illərdə bu dövlətin ərazisində törədilən vəhşilik cinayətlərinə görə Əfqanıstan xalqından üzr istəmişdi.
 
Alpər