Dünya 14:21 16.05.2019

Avstriya məktəblərində hicab qadağan edildi

Avstriya parlamenti məktəblərdə baş örtüsünün qadağan edilməsini nəzərdə tutan qanunu səsverməyə çıxarıb.

Qaynarinfo xəbər verir ki, qanun layihəsi parlament üzvləri tərəfindən təsdiqlənib. 

Qərarın daha çox hicab istifadə edən müsəlmanlara təsir göstərməsi narazılıqlara və İslam əleyhinə addım adlandırılmasına səbəb olub. Məsələ Ali Məhkəməyə daşınsa, qanuna veto qoyula bilər.

Bu qayda 10 yaşına qədər uşaqlara tətbiq edilir. Qanunu pozan azyaşlıların ailələrinə 440 avroya qədər pul cəzası veriləcək.

Qeyd edək ki, Avstriya 2017-ci ildə sifəti tamamilə bağlayan geyimlərdən istifadəni qadağan edib. 

Gülşən