Dünya 21:31 27.05.2018

Aya enən astronovt öldü: dünyaya 34 kq qaya parçası gətirmişdi

1969-cu ildə Apollo 12 gəmisi isə Aya gedən və Aya ayaq basan 4-cü şəxs olan Alan Biin dünyasını dəyişib. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 86 yaşlı astronovt Hyustonda vəfat edib. 1981-ci ildə təqaüdə çıxan Biin sonrakı dövrlərdə rəsmlə məşğul olmuş, çəkdiyi şəkillərdə Aya enişin bədii tərəflərini əks etdirmişdi.

Qeyd edək ki, Alan Biin Ayda 31 saat vaxt keçirmiş, 34 kq qaya və torpaq toplayaraq Yerə gətirmişdi.

Gülşən