Xəbər lenti

Ayaz Mütəllibov: Paşinyanın dedikləri gülüncdür
Siyasət 14:02 16.02.2020

Ayaz Mütəllibov: Paşinyanın dedikləri gülüncdür

Ermənistanın Baş naziri Nikol Paşinyanın Xocalıda soyqırımında azərbaycanlıların iştirak etməsi barədə danışdığı, iddia etdiyi açıqlamasında dedikləri absurddur.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.

A.Mütəllibov qeyd edib ki, onun dediyi sözlərin heç bir əsası yoxdur:

"Xocalı hadisələri ilə əlaqədar bir rus qəzetinə verdiyim müsahibədə orada qeyd-şərtsiz bir erməni izinin olması barədə danışdım. Onu da qeyd etdim ki, bununla paralel olaraq Ermənistan Azərbaycandakı vəziyyəti daha da gərginləşdirməyə çalışırdı.

Müxalifət də ölkədəki vəziyyəti gərginləşdirməkdə maraqlı idi. Ancaq həmin müsahibəyə gəldikcə, mən bununla bağlı dəfələrlə danışmışam və çıxış etmişəm: Xocalı soyqırımını azərbaycanlıların törətdikləri ifadəsini işlətməmişəm, bu gülüncdür".

Ayaz Mütəllibov əlavə edib ki, Paşinyanın Münhendəki reportajına istinad etdiyi "Arqumentı i Faktı" qəzetinin özü də ölkəmizə sevgi bəsləmir:

"Dəfələrlə bəyan etmişəm və birbaşa cavab verirəm: mən heç vaxt deməmişəm ki, azərbaycanlılar bunu ediblər. Ermənilər bu müsahibəyə yalnız özlərini nə cürsə təmizə çıxartmaq üçün istinad edirlər".

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova "istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->