Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla” verilişinin "Hit parad” rubrikasında qonaq olub.
Qaynarinfo xəbər verir ki, xalq artisti küsülü olduğu keçmiş sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunu həmin rubrikadan uzaqlaşdırıb:
"Xəstəxanada olmasından xəbərim var, çox pis və məyus oldum. Allah sənə şəfa versin, tez ayağa qalx. Bu onluqdan səni çıxarıram. Əslində tez çıxarmaq istəyirdim ki, sən xəstə adamsan bunları görməyəsən. Amma ənənəni pozmadım, sonda etməli oldum. Tez sağal, gözəl mahnılarını oxu. Gəlib hara çıxmısan, bura sənin yerindir? Səni onluqda görmürəm”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər