İdman 10:37 20.05.2019

Ayxan Abbasov "Sumqayıt"la vidalaşdı

"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov vəzifəsindən gedəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə 38 yaşlı mütəxəssis özü məlumat verib. 

Ötən gün "Sumqayıt"ın Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olması buna səbəb olub. 

Matçdan sonra "CBC Sport"a danışan Abbasov "Bu oyunun nəticəsindən asılı olmayaraq, klub rəhbərliyi ilə qarşıdakı iki gündə görüşüm olacaq. Çox güman ki, bu, "Sumqayıt"da son matçım idi. Bir səhv oyunun taleyini həll etdi. Nəticədən asılı olmayaraq futbolularımla fəxr edirəm. Bu komanda avrokuboklara hələ hazır deyil. Bunu reallaşdırmaq üçün çox inkişaf etməliyik", deyə bildirib.