Ölkə 22:36 25.01.2022

Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)

İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün postlar yaradılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitterdə paylaşım edib.

"İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində "Qubadlı”, Zəngilan rayonu ərazisində "Qazançı” və Füzuli rayonu ərazisində isə "Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib”.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?