Foto 12:02 11.07.2020

AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi (FOTOLAR)

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 Azərbaycan vətəndaşını ölkəyə çatdırıb.

"Azerbaycan Hava Yolları" QSC-dən Qaynarinfo-ya verilən məlumata görə, yalnız reysdən əvvəl  48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.