Azər Axşamın həyat yoldaşı Mübariz İbrahimovu təhqir edib? (AÇIQLAMA)

Azər Axşamın həyat yoldaşı Mübariz İbrahimovu təhqir edib? (AÇIQLAMA)

Aparıcı Azər Axşamın həyat yoldaşının Milli  qəhraman Mübariz İbrahimovu təhqir etdiyi iddia olunur.

Unikal.org-un məlumatına görə, Səbinə Şabanova adlı "Facebook" istifadəçisi öz paylaşımında həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib. Sonra o yazdığı statusun rəy bölməsində Mübariz İbrahimovla bağlı xoşagəlməz sözlər qeyd edib. Buna cavab olaraq izləyicilərdən biri onun mesaj bölməsinə yazaraq irad bildirib. Adıçəkilən xanım isə daha irəli gedərək Milli Qəhramanı təhqir etməkdən belə çəkinməyib.

Məsələ ilə bağlı aparıcı Azər Axşam Unikal.org-a açıqlama verərək bildirib ki, həmin profil onun həyat yoldaşına aid deyil:

"Yalandan mənim arvadımın adından səhifə açaraq bu cür təhqiredici və xoşagəlməyən paylaşımlar edirlər. Həmin səhifə mənim həyat yoldaşımın deyil.Yalandan onun fotosunu yerləşdiriblər. Bundan öncə də 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından Nadir Qafarzadəni, falçı Bayram Nurlunu söyürdülər. Bunu hanısa anası göyçək, hansısa mundar açıb. İnsanlar necə ola bilər ki, buna inanır?Nə qədər insan insan düşüncəsiz ola bilər ki, belə sözlər yazsın? Hüquq-mühafizə orqanlarına müraciət etdim. Bir müsbət cavab olmadı. Mənə dedilər ki, yalançı profildi açıb, bir müddət sonra bağlayırlar. Biz həmin adamın izinə düşə bilmirik. Bu çirkin əməli də həmin adam internet klublarda edirlər.”

 
XƏBƏRLƏR
BLOGLAR