Xəbər lenti

Azərbaycan 9-cu medalını qazandı
İdman 10:15 26.09.2013

Azərbaycan 9-cu medalını qazandı

Azərbaycan millisinin İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 9-a çatıb.

Apasport.az saytının məlumatına görə, üzgüçümüz Yevgeni Lazuka 2-ci mükafatını qazanıb.

Belə ki, batterflyay üsulu ilə 50 m məsafəyə üzmədə finiş xəttinə ikinci çatan (24,61) təmsilçimiz bu dəfə bürünc medal qazanıb. O, eyni növdə 100 m məsafəyə üzmədə 55.05 saniyə nəticə göstərib.

Qeyd edək ki, daha öncə Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız 1-ci, Şahin Atamov (+84 kq), Niyazi Əliyev (67 kq), Silviya Angelova (48 kq) 2-ci və Zülfüqar Süleymanov (62 kq) 3-cü yeri tutub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->