Azərbaycan millisinin İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 9-a çatıb.
Apasport.az saytının məlumatına görə, üzgüçümüz Yevgeni Lazuka 2-ci mükafatını qazanıb.
Belə ki, batterflyay üsulu ilə 50 m məsafəyə üzmədə finiş xəttinə ikinci çatan (24,61) təmsilçimiz bu dəfə bürünc medal qazanıb. O, eyni növdə 100 m məsafəyə üzmədə 55.05 saniyə nəticə göstərib.
Şərhlər