Ölkə 22:23 28.09.2021

Azərbaycan daha 3 erməni hərbçinin cəsədini təhvil verdi

Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

Bu barədə erməni KİV-ləri yazıb.

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

Qeyd edək ki, indiyə qədər ümumilikdə 1673 erməni hərbçinin cəsədi tapılıb. (Unikal.org)