Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin son oyunları keçirilib.
Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, milli komandamız qrupu lider başa vurmaq üçün son matçını Serbiyaya qarşı keçirib və 3-2 hesablı əzmkar qələbə qazanıb.
Bu qalibiyyət millimizə 9-cu xalı və qrupda liderliyi gətirib.
I setdə 25-19 hesabı ilə məğlub olan voleybolçularımız, II seti 25-18 hesabı ilə qalib başa vurublar.
Lakin III set yenə də bizim üçün uğursuz alınıb.
Çünki komandamız bu setdə 25-18 hesabı ilə məğlub olub. IV və həlledici V setdə (25-16),(18-16) təmsilçimiz qətiyyət nümayiş etdirərək oyunu öz xeyrinə yekunlaşdırıb.
Beləliklə, Azərbaycan yığması bu ilin sentyabr və oktyabr aylarında İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Qaynar.info
Şərhlər