Azərbaycan əhalisinin kasıb yaşadığı rəsmən təsdiq olundu (ŞƏRH/VİDEO)

Azərbaycan əhalisinin kasıb yaşadığı rəsmən təsdiq olundu (ŞƏRH/VİDEO)

"Bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 216 mln. 100 min manat xərcləyib”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlara istinadən bildirib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin gəlirlərinin yarısını ərzağa xərcləməsi ölkənin iqtisadi vəziyyətinin ağır olmasından xəbər verir: 
 


"Dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir. Əgər əhali qazancının 20-25%-dən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır.

Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50%-ni yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu 10,5% olub, yəni, ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldlb. 

Avropa Birliyi ölkələri arasında ən yaxşı göstərici Lüksenburqdadı - əhali qazancının cəmi 8,4%-ni ərzağa xərcləyir, İrlandiyada bu 11,5%, Almaniyada isə 11,7%-ə bərabərdir. Türkiyədə bu rəqəm 25%-ə, Rusiyada isə 35%-ə yaxındır.

Sözümün canı budur ki, ölkə əhalisi kasıbdır, ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə qazancın 70-75%-ni xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə pul az xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir - bax belə "qısır döngədə" flrlanırıq...”

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR